SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar jurnalist Ləman Ələşrəfqızı Xalq artisti Məleykə Əsədovanı öz sosial şəbəkə hesabında sərt tənqid edib.

BAKU.WS xəbər verir ki, jurnalist aktrisanı reklam çarxında yol verdiyi kobud səhvə görə qınayıb.

Belə ki, Xalq artisti özəl klinikalardan birini reklam edərkən ilbizlə müayinə üsullarından danışarkən, ilbiz sözünü iblis kimi tələffüz edib.

“Məleykə Əsədova hər əlində bir-iki ilbiz bir özəl klinikanı reklam edir. Axıra qədər də ilbizə iblis deyir. Və…sosial şəbəkələrdə bunu tirajlayırlar.

Gərək bu xalq artistinə “İblis” tamaşasında bir rol versinlər. İblislə ilbizin fərqini anlasın. Onun reklamını yapanlara da o tamaşaya bilet satsınlar. Nə gündəsiz”.
BAKU.WS
QALEREYA