Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS


VİDEO