SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda uşaq bağçası yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, rayonun Qədirli kəndində ümumi sahəsi 280 m² olan uşaq bağçasının (fəaliyyət göstərmir) yerləşdiyi birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WS