SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 70 minlik cinayət törədən şəxsi polis saxlayıb.

Daxili İşlər Nnazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib.

Belə ki, bölməyə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.
BAKU.WS