Bakıda 50 yaşlı kişi itkin düşüb.

Hadisə paytaxtın Xətai rayonunda baş verib.

Ağdaş rayonundan Bakıya qonaq gəlmiş, 1969-cu il təvəllüdlü İsgəndərov Cavanşir Əjdər oğlu Bakının Xətai rayonu, Salmani küçəsi, ev 5, mənzil 23-də yaşayan qohumunun evinə qonaq gəlib.

İyunun 12-də o həmin evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ