SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə oğurluq hadisəsi baş verib. 

BAKU.WS
xəbər verir ki, yuxarı sinifdə oxuyan qızlardan birinin mobil telefonu oğurlanıb. 

Hadisə barədə polisə məlumat verilib, lakin telefon bir neçə gündən sonra - 10 iyunda yararsız hala salınmış vəziyyətdə məktəbin qızlar üçün nəzərdə tutulmuş tualetdən tapılıb. 

Məktəbin direktoru Azər Ələkbərov baş verənləri belə şərh edir: "Bir neçə gün öncə siniflərin birində şagirdin mobil telefonu itmişdir. Araşdırmamız nəticəsində qənaətə gəldik ki, telefon itməyib, onu oğurlayıblar. Siniflərdə şagirdlərlə söhbət etdik, oğurluğun həm mənəvi, həm hüquqi baxımından mənfi əməl olduğunu izah etməyə çalışdıq. Valideynə məlumat verdik. Nəticə olmadı. Məsləhət bildik ki, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Etdilər, yenə də nəticə olmadı.

Dünən xadimə iş otağıma daxil olaraq əlində selofana bükülmüş mobil telefonu göstərərək qeyd etdi ki, qızların ayaqyolusunda unitazın içində aşkar edib. Telefonun sahibi - həmin şagird bu telefonun ona məxsus olduğunu təsdiq etdi. Telefondan kəskin antisanitar qoxu gəldiyindən və telefonun içinə mexaniki müdaxilə olduğundan telefon yararsız hala düşüb".

Azər müəllim oğurluğun qız məktəbli tərəfindən törədildiyini deyir: "Bu hadisədə təəssüf doğuran bir neçə məqamlarla yanaşı bir vacib məqam var: telefon qızların sanitar qovşağından tapılıb. Nəzərə alsaq ki,həmin qovşağın girişində həmişə xadimə var və dəhlizdə videomüşahidə kamerası var, deməli, oğlan şagirdin ora daxil olması istisnadır. Bax, təəssüfedici məqam budur ki, oğurluğu qız uşağı edib və sonra, ya polisin və ya telefonun yararsız hala düşməyindən ehtiyyat edərək məktəbin sanitar qovşağına atıb".

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA