SİZİN REKLAM BURADA!
055 213 76 73


Qafqaz qəhrəmanı Hacı Muradın qalıqlarının oğurlanaraq Dağıstana aparılmasından sonra məzarının hansı vəziyyətə düşdüyü ilə bağlı görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, Müsavat Partiyasının rəhbəri Arif Hacılı Qax rayonunun Tanqıt kəndi yaxınlığında yerləşən qəbristanlıqda video çəkib.

Görüntülərdən aydın olur ki, qalıqlar məzarın yanında əlavə çuxur qazılaraq çıxarılıb və daşlar sonra yerinə düzülüb.

Qeyd edək ki, qalıqlar iyunun 4-də Dağıstanın Xunzax rayonunda yenidən dəfn edilib. Qalıqların oğurlanmasını isə Rusiya Dövlət Dumasının Başqırdıstandan olan deputatı (“Ədalətli Rusiya” partiyası), əslən Dağıstanın Xunzax rayonundan olan Hacımurad Ömərov təşkil edib.

Məzarın son görüntüsünü təqdim edirik:

Fərid Ədalət
BAKU.WS
VİDEO

QALEREYA