VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu partiyanın başqanı Arif Hacılı deyib.

O bildirib ki, buna səbəb BŞİH-in Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməməsidir. 

Qeyd edək ki, icra hakimiyyəti yürüşün göstərilən yerlərdə-"Elmlər Akademiyası" və "Azadlıq prospekti" metrostansiyalarının yaxınlığında deyil, Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda keçirilməsini təklif edib.

BAKU.WS