SİZİN REKLAM BURADA!
055 213 76 73


Çar Rusiyasına qarşı inqilabi dəstələrə rəhbərlik etmiş əfsanəvi çeçen qəhrəman Şeyx Şamilin ən yaxın silahdaşlarından olmuş və məzarı hazırda Qax rayonunun Tanqıt kəndində olan Hacı Muradın qalıqlarının doğulduğu Dağıstanın Xunxzax kəndinə aparılacağı iddia edilib.

BAKU.WS xəbər verir ki, bu iddianı “Kafkazskiy Uzel” saytı ortaya atıb.

Sayt Naibin Qalıqlarının basdırılması üzrə təşkilat komitəsinin sədri Maqomed Əmirxanov istinadən xəbər yayıb ki, qalıqlar iyunun 2-də dəfn ediləcək.

Məlumat üçün bildirək ki, Qafqaz müharibəsi dövründə İmam Şamilin naibi olan Hacı Murad 1852-ci ilin mayın 5-də qətlə yetirilib. Onun başı bədənindən ayrılaraq Peterburqdakı Hərbi Tibbi Akademiyaya göndərilib. 1959-cu ildən etibarən isə Antropologiya və Etnoqrafiya muzeyində saxlanılır.
BAKU.WS
QALEREYA