SİZİN REKLAM BURADA!
055 213 76 73


Ailəsinin Türkiyənin məşhur "Mügə Anlı ilə Tatlı Sərt" adlı axtarış proqramında axtardığı azərbaycanlı iş xanımı tapılıb. 

BAKU.WS xəbər verir ki, Mügə Anlı A.Hüseynovanın tapılmasında şəxsən iştirak edib. Onun komandasının apardığı araşdırma nəticəsində A.Hüseynova 38 gün sonra tapılıb.

18 martdan itkin düşən Aytən Həsənova 4 gün əvvəl - 25 apreldə gecə saatlarında anası və bacısı ilə telefon bağlantısı yaradıb.

Aytən Həsənova doğmalarına telefonunun satıldığını və başqasının telefonundan onlara zəng etdiyini deyib.

"Mən Antalyaya gedirəm, siz də ora gəlin, görüşək" - deyən iş qadını, başqa heç nə deyə bilməyəcəyini söyləyib. 

Ailəsi Aytənin yoxa çıxmasında, onlarla əlaqəyə girə bilməməsində yeni tanış olduğu kişi dostunu günahlandırıblar. 

Müge Anlı adını açıqlamadığı həmin şəxsin də polis tərəfindən axtarıldığını bildirib.

A.Həsənova sağlıq turizmi ilə məşğul olurdu. O, Azərbaycandan Türkiyəyə xəstə gətirərək müalicələrinin müəyyən xəstəxanalarda təşkilini qururmuş.

Zülfiyyə Qurbanova 
BAKU.WS
VİDEO