Xəbər verdiyimiz kimi Rusiyanın paytaxtı Moskvada iki azərbaycanlının ölümü ilə nəticələnən hadisə baş verib.  

BAKU.WS-in əldə etdiyi məlumata görə, qətl hadisəsi qisas zəminində törədilib.

Belə ki, atəş açan Rəsul Abdullayevin oğlu bir müddət əvvəl qumar borcuna görə öldürülüb. 60 yaşlı kişi əlinə silah alaraq oğlunun qatili olduğuna inandığı Vaqif Hümbətovu öldürmək məqsədilə güdüb.

Onu Moskvanın "Novıye Çeremuşki" (Новые Черемушки) metrostansiyasının çıxışında qarşılayaraq güllələyərək qətlə yetirib. Daha sonra isə əlindəki silahla özünü də öldürüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Zülfiyyə Qurbanova

BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ