SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sankt-Peterburq-Bakı istiqaməti üzrə təyyarənin uçuşu təxirə salınıb.
 
Bu barədə BAKU.WS-ə təyyarədəki sərnişinlər özləri məlumat verib. Bildirilib ki, AZAL-ın J20020 nömrəli reysi artıq 18 saatdır ki, təxirə salınıb. Bakıya uçmaq istəyən sərnişinlər mehmanxanaya yerləşdirilib.
 
Təyyarədə texniki problem yarandığı üçün uçuş yerinə yetirilməyib. İlkin məlumata görə, təyyarənin nasaz detalının yenisi ilə əvəz edə bilməyiblər və bu səbəbdən gecikmə uzunmüddətli olub. 
 
Azərbaycan Hava Yollarının (AZAL) məlumat bürosundan BAKU.WS-ə faktı təsdiq ediblər. Bildirilib ki, Sankt-Peterburq-Bakı istiqaməti üzrə reys saat 17.00-a kimi təxirə salınıb. 
 
Şahin Həbibov
BAKU.WS