Ötən gündən sosial şəbəkələrdə və “Whatsapp” mesajlaşma proqramı vasitəsilə yayılan video ilə bağlı araşdırmalara başlanılıb.

BAKU.WS xəbər verir ki, videoda görünən qızlar və onun yayılmasında şübhəli bilinən 2 şəxs Nəsimi rayon Polis İdarəsinə çağırılıb. İdarəyə 5 nəfər çağırılıb və izahatları alınıb.

Bununla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Araşdırmalardan sonra rəsmi məlumat veriləcək.

Ziya SƏCCAD
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ