SİZİN REKLAM BURADA!
055 213 76 73



Səbail rayonunda, Bibiheybət məscidindən üzü şəhər istiqamətində çökən yol yenidən bərpa olunur.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, təmir işləri aparıldığından bu istiqamətdə yolun hər iki tərəfində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Ərazidən şəhərə gələn və əks istiqamətə hərəkət edən 125 saylı marşrut avtobusunun da istiqaməti dəyişdirilərək 20-ci sahə dairəsinə yönləndirilib.

Qeyd edək ki, Bibiheybət məscidinin ətrafı tektonik ərazi sayıldığından buradakı yolda vaxtaşırı belə problemlər ortaya çıxır.

BAKU.WS