Bakıda yeniyetmə qızı zorlamaqda təqsirləndirilən Eltac Qasımzadə və Rövşən İsanın məhkəməsi başlayır.

BAKU.WS
 ölkə.az-a istinadən xəbər verir ki, adları çəkilən şəxslərlə bağlı aparılan ibtidai istintaq başa çatıb. E. Qasımzadə və Rövşən İsa barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvar ayının 4-nə təyin edilib.


Qeyd edək ki, E. Qasımzadə və R. İsa yetkinlik yaşına çatmayan M.Səfərlini (ad şərtidir) zorlayıblar. Qızın valideynləri məsələdən xəbardar olduqdan sonra polisə şikayət edilib. Şikayət əsasında hər iki şəxs saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 149.2.3-cü (zorlama,yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) ittiham verilib. Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərə verilən ittiham məhkəmədə öz təsdiqini taparsa, E. Qasımzadə və R. İsanı uzun müddətli həbs cəzası gözləyir.


BAKU.WS