SİZİN REKLAM BURADA!
055 213 76 73



Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.


BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.


Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS