SİZİN REKLAM BURADA!
055 213 76 73



Qubada bir neçə gün öncə əmisinin gəlinini qaçırdığı üçün döyülərək öldürülən gəncin qətlinə görə bir neçə nəfər həbs edilib. İstintaqa cəlb edilən və ifadələri alınan 100-ə yaxın şəxsdən 6-sı barəsində həbs-qətimkan tədbiri seçilib. Mərhumun valideynləri gənclərin qadının təkidi ilə qaçdığını deyirlər. Elşadın dəfnində də kənd sakinləri iştirak etməyib.


26 yaşlı gəncin döyülərək öldürülməsinə görə 6 nəfər həbs edilib.


Bir neçə gün Qubanın Tülər kənd sakini, əmisinin gəlini Aynur Əsədovanı qaçıran 26 yaşlı Elşad Əsədovun qətlinə görə həbslər başlayıb. Cinayət faktı ilə əlaqədar istintaqa cəlb edilən və ifadələri alınan 100-ə yaxın şəxsdən 6-sı barəsində Quba rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Həbs olunanlar Aynur Əsədovanın dayısı, həyat yoldaşı Şahmar Əsədov, atası Sadıq Dadaşov, qaynı Təbriz Əsədov, kənd sakinləri - Mətləb Muradov və Zabit Yolçuyevdir.


Həbs edilən şəxslər Bakıya qaçmış Aynurla Elşadın oğurlanaraq məcburi şəkildə Qubaya gətirilməsində, Tülər kəndində hadisəni təşkil etməkdə və qətldə şübhəli bilinirlər. Bildirilir ki, məlum cinayətdə qaçan gəlinin dayısı da yaxından iştirak edib. Rusiyadan yenicə Azərbaycana qayıdan həmin şəxs baş vermiş cinayətin təşkilatçılarından olub.


Qətlə yetirilən Elşadın valideynlərinin sözlərinə görə, Aynur mərhumun əmisinin gəlini deyil. Onların ulu babaları əmioğlu olublar. Gənclərin qadının təkidi ilə qaçdığı deyilir.


Elşadın dəfnində də kənd sakinləri iştirak etməyib.


Araşdırmalar davam etdirilir. 1 ədəd Post Patrul Xidməti avtomobili də 4 nəfərlik heyətlə kənddə keşik çəkir.


BAKU.WS