SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində doğum evində ölüm hadisəsi baş verib.

BAKU.WS Xəzər TV-yə istiadən xəbər verir ki, hadisə gecə saatlarında 1 nömrəli doğum evində qeydə alınıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Ceyran Abdullayeva qarın boşluğunda kəskin ağrılarla bağlı Sumqayıt şəhər 1 nömrəli Doğum Evinə müracət edib. O, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, 53 yaşlı qadına əməliyyat zamanı verilən narkozun dərəcəsi yüksək olub. Bu səbəbdən onun ürəyi dayanıb. Xəstəxanadan isə bildirilib ki, C.Abdullayeva ginekoloji xəstə olub və xəstəxanaya gec müraciət edib. O, uşaqlığın düyünlü simptomlu fibranomiyası diaqnozu ilə əməliyyat alınıb. Bir gün sonra qadının vəziyyəti qəfildən pisləşib və o, kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib.

Hazırda C.Abdullayevanın hansı səbəbdən dünyasını dəyişməsi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS