Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar tutulub.

BAKU.WS xəbər verir ki, əməliyyat Mersində baş tutub. Mersinin Çiftlikköy Mahallesi küçəsinin sakinlərinin etdiyi kütləvi şikayətlərdən sonra türk polisi əməliyyat keçirib. Keçirilən əməliyyat zamanı 150 TL (42 AZN) müqabilində kişilərlə görüşüb, cinsi əlaqəyə girən qadınlar saxlanılıb.


Araşdırmalar zamanı məlum olub ki, S.M və İ.N adlı azərbaycanlı qadınlar sosial şəbəkələr vasitəsilə kişilərlə tanış olub. Tanış olduğu kişilərə seks xidməti təklif ediblər. Daha sonra onları kirayə götürdükləri evə dəvət edib və onlarla pul qarşılığında cinsi əlaqəyə giriblər.


Araşdırmalar zamanı o da məlum olub ki, saxlanılan qadınlar daha iki azərbaycanlı qadını cinsi istismara məruz qoyub. Onları məcbur edib ki, pul qarşılığında tapdıqları kişilərlə cinsi əlaqəyə girsinlər.

Məhkəmənin qərarı ilə S.M və İ.N adlı azərbaycanlı qadınlar həbsxanaya göndərilib. Digər insan alverinə məruz qalan P.M və E.M adlı azərbaycanlı qadınları isə deportasiya edilib.

Cavid Babayev
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ