055 213 76 73
Türkiyənin Karaman şəhərində fahişəlik etdikləri iddiasıyla 5 əcnəbi qadın saxlanılıb.
BAKU.WS-in məlumatına görə, polis əməkdaşları əməliyyat keçirərək qadınları fahişəliyə cəlb edən Azərbaycan əsilli Ülkər adlı qadını təqib edib.
Qadının izinə düşən polislər Ülkəri və azərbaycanlı, gürcüstanlı 4 qadını iş başında yaxalayıb.
Karaman Dövlət Xəstəxanasında müayinədən keçirilən qadınlardan ikisində cinsi yolla keçən xəstəlik olduğu məlum olub.
Polis şöbəsindəki əməliyyatlardan sonra işi məhkəməyə göndərilən Ülkər şərti azadlığa buraxılıb. Saxlanılan 4 qadın isə sərhəddən deportasiya edilib.
Nazim
BAKU.WS