SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

BAKU.WS
xəbər verir ki, hadisə rayonun Sübhi Salayev küçəsində qeydə alınıb.

Belə ki, söküntü ərazisində başlayan yanğın yaşayış binasına keçib, nəticədə binanın dam örtüyü və 3 mənzil yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını söndürüb.

“Report” qeyd edib ki, ərazidə tikinti işlərini iş adamı İbrahim İbrahimov (Hacı İbrahim) aparır.

BAKU.WS