SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Rezonans” verilişində Murad Muradovun həbsxana hekayələrini təqdim edir.

BAKU.WS xəbər verir ki, Murad Muradov (cəzası 10 il) başına gələn dəhşətli hadisələrdən söz açıb:

“Cəlilabad rayonunda doğulmuşam. Artıq 2 ilə yaxındır ki, həbsdəyəm. Öz dostumu öldürmüşəm. Söyüş söydü, əsəbiləşdim. Özümə hakim ola bilmədim, vurdum. İki bıçaq vurdum, biri tutdu. Digər vurduğum zərbə boşa çıxdı, vurduğum ürəyinə girdi. Bıçağı aparıb yolun kənarına atdım. Evə gəlib söhbəti danışdım, dedilər evdən get. Kəndə dayımgilə getdim. Təzə çatmışdım ki, polislər gəlib apardı. Məhkəmədə ağır cəzanı eşidib pis oldum. Peşmanam. Başqa cür həll etmək olardı. Bacarmadım. Atam rəhmətə gedib. Valideynim, qohumlarım yanıma gəlirlər. Heç kimə bura düşməyi arzulamıram. Cavanlığımı bura qurban verəcəm. Heç kimə bura düşməyi arzu etmirəm”.

BAKU.WS