SİZİN REKLAM BURADA!
055 213 76 73



Gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı şəhəri ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyatlar uğurla başa çatıb.

BAKU.WS