SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yol təsərrüfatına ziyan vuran şəxs tutulub.

Hadisə paytaxtın Xəzər rayonunda baş verib. 2-ci polis şöbəsinin əməliyyatçıları Heydər Əliyev adına Hava limanından Bilgəh qəsəbəsinə gedən magistral yolun kənarlarında kanalizasiya sistemi üçün quraşdırılmış dəmir barmaqlıqları oğurlayan şəxsi saxlayıblar.

Buzovna qəsəbə sakini 34 yaşli Cavidan Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. Cavidan Cabbarov özünə məxsus ''Maz'' markalı avtomobillə Bakı Abadlıq Xidmətində işlədiyi zaman 100 ədəd dəmir barmaqlıqları oğurlayıb.

Faktla bağlı Cavidan Cabbarov barəsində Xəzər rayon polis İdarəsində cinayət işi başlanıb, istintaq davam edir.

Bu kadrlar isə paytaxtın Qaradağ rayonu ərazisindəki ticarət mərkəzindəndir. Zərərçəkmiş Qurban Qurbanov ərazi üzrə 10-cu polis bölməsinə məlumat verib ki, yataq dəsti satılan mağazasında özlərini Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı kimi təqədim edən şəxslər kassadan 1200 manat pul oğurlayıblar.

Mağazanın təhlükəsizlik kamerasına baxış zamanı polis həqiqətən də iki nəfər şəxsin satıcı ilə danışdığını əks etdirən görüntüləri görüb. Xanım işçiyə ərəb olduqlarını bildirən həmin şəxslər yataq dəsti almaq istədiklərini deyiblər. Kadrlardan aydın olur ki, onlardan biri satıcının başını qatır, digəri isə mağazada gəzir. Həmin vaxt o, fürsətdən istifadə edib, kassada olan pulları götürərək aradan çıxıb. İndi görüntülər əsasında polis hər iki şəxsi axtarır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS