SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bu gün səhər saatlarında Bakıda baş verən yol qəzası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılacaq və hadisəyə hüquqi qiymət veriləcək".

Bunu BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar bütün görülən işlər qanunvericiliyin tələblərinə uyğun olmalıdır.

“Sizin təqdim etdiyiniz videonu görməmişəm. Açığı bu barədə məlumatım yoxdur. Hadisə araşdırılacaq və hüquqi qiymət veriləcək. Qeyd edim ki, yol polisinin əməkdaşının qanuni saxlama işarəsinə əhəmiyyət verilməlidir. Sürücü polisin qanuni tələbini yerinə yetirmirsə və qaçmağa cəhd göstərirsə, bu elə sürücünün özünü çaşdırır. Nəticədə yol qəzası baş verir.

Yol polisi məni qovdu və hadisə baş verdi. Bu fikirlər həmin şəxsi məsuliyyətdən azad etmir. Hadisə baş veribsə, araşdırma aparılacaq. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək”, - deyə Vaqif Əsədov bildirib.

V.Əsədov sürücülərə qanunlara tabe olmağı məsləhət bilir:


“Yol polisi də bir ata-ana övladıdır. Hər adam bu məmləkətdə yol polisində çalışan hər kəs cəmiyyətin üzvüdür. Yol polisi yad planetdən gəlməyib. Sözsüz ki, cinayətkar polisi sevmədiyi kimi intizamsız şəxslər də yol polisini sevmir. Həmin şəxslər nə etsələr də, onlar barəsində törətdikləri xətalar üzrə tənbeh tədbirləri görüləcək. Hər kəs öz hərəkətilə nizam-intizam yaratmalıdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında “Koroğlu” metro stansiyası istiqamətindən Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfə gedən yolda qəza qeydə alınıb. Bu barədə ətraflı məlumat almaq üçün “Sərxoş sürücü və qız DYP-dən belə qaçdı – VİDEO” adlı xəbəri oxuya bilərsiz.

Ziya SƏCCAD
BAKU.WS