SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 8-də saat 2 radələrində Masallı rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Təzə Alvadı kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan 73 yaşlı Kamran Əzimovun ümumi sahəsi 120 kvm olan 2 mərtəbəli evində yanğın baş verib. Yanıq xəsarəti almış K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanmış meyitləri tapılmışdır.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS