SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Saatlıda bədbəxt hadisə baş verib.
 
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 6-da saat 02 radələrində Saatlı rayonunun Xanlarkənd kəndində yaşayan ruhi xəstə Elşad Əmirovun evində yanğın olub. Nəticədə evin yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra E.Əmirovun yanmış meyiti tapılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS