SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Salyan rayonun Xələc kəndindəki su kanalına avtomobil düşüb.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, sudan çıxarılan 09 BO 697 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomaşından sürücü - Bərdə şəhər sakini 34 yaşlı Rauf Sahib oğlu Quliyevin və sərnişini - 34 yaşlı Ağdaş şəhər sakini Qərib Yenidünya oğlu Quliyevin suda boğulmuş meyitləri aşkar edilib.

Avtomaşının idarəetməni itirərək su kanalına düşdüyü ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS