SİZİN REKLAM BURADA!
055 213 76 73



Adanada bir salfet satan uşağa təcavüz etmək istəyən şəxslər saxlanılıb.

BAKU.WS-in məlumatına görə, uşağı xarabalıq olan əraziyə apararaq təcavüz etmək istəyənlər ələ keçib. Hadisə 23 fevral tarixində Adananın Sinanpaşa məhəlləsində baş verib. 

10 yaşındakı qızı aldadaraq 5 lirə verəcəyini deyən 20 yaşlı gənc onu zorlamaq istəyib. Nə olduğunu anlamayan qız isə xarabalığa yaxınlaşanda qorxub və qışqırmağa başlayıb.

Uşağın səsinə hadisə yerinə yaxınları gəlib. Səs-küyə şübhəli şəxs qaçmağa başlayıb. Həmin şəxs qızın qohumları tərəfindən tutulub və döyülüb. Bununla yanaşı, ətrafdakı vətəndaşlar hadisəni polisə bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəli şəxsi döyülməkdən xilas edib və onu polis şöbəsinə aparıb. Saxlanılan şəxs "uşağa qarşı cinsi istismar" maddəsi ilə ittiham olunub və həbs edilib.

Nazim
BAKU.WS