SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda daha bir küçədə əlilliyi olan şəxslərin və uşaq arabası ilə olan piyadaların rahat hərəkəti üçün yeni quraşdırılan pandus yararsız hala salınıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, "99-KR-477" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini qanunsuz park etmək üçün səkiyə qaldırıb.

Bu zaman o, yeni quraşdırılan pandusun üzərindən keçərək onu yarasız hala salıb.

Məlumata görə, avtomobil Bakı şəhər sakini Rəsmiyyə adlı xanıma məxsusdur.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan pandus layihəsinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin, uşaqların və yaşlı insanların Bakı şəhərinin küçə və prospektlərinin səkilərində hərəkətinə asanlıq yaradacaq və böyük sosial əhəmiyyət daşıyır.

BAKU.WS