SİZİN REKLAM BURADA!
055 213 76 73



Myanmanın Arakan əyalətində müsəlmanlara yönəlik qətliamın miqyasını gözlər önünə sərən 5 yeni kütləvi məzarlıq tapılıb.

BAKU.WS-in məlumatına görə, Associated Press agentliyi həmin məzarlıqların yerini göstərən peyk fotolarını yayımlayıb.

Agentlik xəbər verir ki, Arakanın şimalında yerləşən Gu Dar Pyin kəndində ən az 5 kütləvi məzarlıq aşkarlanıb.

Peyk görüntülərində Myanmar ordusunun kəndə giriş-çıxışları bağladığı və evlərin tamamilə yandırıldığı görünür.

Qətliamdan xilas olan müsəlmanların sözlərinə görə, kütləvi məzarlıqda təxminən 400 müsəlmanın meyiti var. Onların əksəriyyəti diri-diri basdırılıb.

Kütləvi məzarlıqda azyaşlı uşaqların da cəsədlərinin olduğu bildirilir.

BAKU.WS