SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə dəhşətli avtobus qəzası baş verib.

BAKU.WS-in məlumatına görə, Ankaradan Bursaya gedən sərnişin avtobusu yoldan çıxaraq maneələrə çırpılıb.

Qəza nəticəsində 13 nəfər ölüb, 42 nəfər isə yaralanıb.

Yaralananlar xəstəxanalara yerləşdirilir.

Qəzanın sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün kəskin manevr etməsi nəticəsində baş verdiyi bildirilir.

BAKU.WS