SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda tikilməkdə olan ticarət mərkəzinin binası uçub.

BAKU.WS-in məlumatına görə, Azadlıq qəzeti xəbər verir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195 ünvanında tikilən ticarət mərkəzinin binası uçub.

Facebook səhifəsində yayılan videodan görünür ki, hadisə baş verən ərazidə tıxac yaranıb və ticarət mərkəzinin konstruksiyalarının bir hissəsinin yola düşüb.

Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə məlumat verilmir.

Həmin videonun təqdim edirik.

BAKU.WS