SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda oyun zalında oğurluq hadisəsi olub. 

BAKU.WS-in məlumatına görə, hadisə 19 dekabr tarixində Xəqani küçəsi 7 ünvanında yerləşən obyektdə baş verib. 

İçəri daxil olan şəxs oyun konsollarına aid 3 ədəd disk, 3 ədəd konsol pultu götürüb və oyun zalını tərk edib. Obyektin sahibi bildirib ki, gənc oğlan içəri daxil olub və çöldə hava soyuq olduğunu, içəridə bir nəfəri gözləməyinə icazə verilməsini xahiş edib: 

"Hava soyuq olduğu üçün ona içəridə gözləməyə icazə verildi. Oyun zalında təmir getdiyi üçün baş qarışıq olub. Vəziyyətdən istifadə edən şəxs oyun disklərini və konsol pultlarını götürüb, ərazindən uzaqlaşıb. Bu oğurlananların geri qaytarılnasını istəmirəm. Məqsədim həmin şəxsin bu əməlinə görə cəzalandırılmasına nail olmaqdır".   

Şahin
BAKU.WS