SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən saat 14.30 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut xəttində olan 10 TH 315 nömrəli avtobusa minərək sürücünü təhqir etməyə başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi videoda da bu aydın şəkildə görünür. Həmin şəxsin bu hərəkəti sərnişinlərin etirazına səbəb olub. Sürücünün təkidindən sonra avtobusdan düşən şəxs avtobusu yumuruqlayıb, şüşələri sındırıb.

Hadisə ilə bağlı 29-cu Polis Bölməsində araşdırma başlayıb.

BAKU.WS