SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda minik avtomobilinin sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, paytaxtın Sabunçu rayonu, Şuşa şәhәrciyində “VAZ 2106” Əli Rzaevin idarə etdiyi “Daewoo” markalı 214 saylı xәtt avtobusu ilә toqquşub. Qəza nəticəsində “Jiquli”nin sürücüsü 1981-ci il təvəllüdlü Nәsibov Ramin Osman oğlu xәsarәt alıb.

İlkin məlumata görә, “Jiquli” sürәtlә gәlәrәk avtobusun yoluna çıxıb.

Araşdırma aparılır.

BAKU.WS