Bakının Nəsimi rayonunda düşən kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, Səməd Vurğun küçəsində yerləşən kafelərin birində mübahisə zamanı 1976-ci il təvəllüdlü Alıyev Fərid Teymur oğlu bıçaqlanıb.

Yaralını 1972-ci il təvəllüdlü tanışı Fətəliyev İlqar Qərib oğlu xəstəxanaya yerləşdirib. Lakin o da hadisə yerinə qayıdan zaman döyülüb. Bu zaman ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.

BAKU.WS