055 213 76 73
Bakının Sabunçu rayonunda kişi dənizə traktorla girib.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, 1 nəfər (sularda xilasetmə məntəqəsindən, təxminən, 800 m solda, nəzarətsiz ərazidə) traktorla dənizə girib.
O, suyun dərinliyi cox olduğundan geriyə quru əraziyə çıxa bilməyib. Boğulmaq təhlükəsilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 05:15-də başa çatıb.
Ziya Səccad
BAKU.WS