SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyi 39 saylı avtobusun piyadanı vurub öldürməsi ilə bağlı rəsmi məlumat yayıb.

BAKU.WS-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 14-də saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində “Daewoo” markalı avtobusla yolun kənarında dayanan Bakı şəhər sakini Günel Əsgərova vurulub.

Xəstəxanaya yerləşdirilən G.Əsgərova orada ölüb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Hakim Saatov tutulub.

BAKU.WS