SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Kabarda-Balkar Respublikasında turizm bölgəsində torpaq sürüşməsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə nəticəsində 500-dən çox adamın ətraf aləmlə əlaqəsi kəsilib.

Onların əksəriyyəti turistlərdir. Aralarında ruslardan başqa daha 14 ölkənin, o cümlədən ABŞ, Almaniya, Çin, Polşa, Sloveniya və Malayziyanın 133 vətəndaşı var.

Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır.

BAKU.WS