SİZİN REKLAM BURADA!
055 213 76 73




Moskvatrafından olan və avtomobil kirayəsi biznesi ilə məşğul olan biznesmen oğurlanmış avtomobilinin dalınca Bakıya gəlib çıxıb.

Virtualaz.org REN TV-yə istinadən xəbər verir ki, biznesmen kirayəyə verdiyi avtomobilin qaçırıldığı barədə polisə üç dəfə ərizə verib. Lakin nəticə əldə olunmadığını görəndə özü təhqiqata başlayıb. O, avtomobildə quraşdırılmış GPS-naviqatordan alınan siqnallar əsasında əvvəlcə Rostov vilayətinə gedib, daha sonra məlum olub ki, avtomobil Rostovdan Bakıya aparılıb.

Avtomobilin dalınca Bakıya gələn və GPS-mayakın koordinatları əsasında onun yerini müəyyən edən biznesmen Rusiya səfirliyinə müraciət edib. Səfirlik isə yerli hüquq-mühafizə orqanlarını məlumatlandırıb və avtomobil tapılaraq sahibinə qaytarılıb. Biznesmen qaçırılmış avtomobili ilə Azərbaycandan Rusiyaya qayıdıb. Maraqlıdır ki, qaçırılmış avtomobil axtarışda olduğu müddətdə 3 min kilometrdən çox yol gedib dövlət sərhədini keçsə də heç kimin diqqətini cəlb etməyib.

BAKU.WS