SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda "Mercedes Gelandewagen”in törətdiyi dəhşətli qəza və onun ağır nətiqcələri cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə olunur.

BAKU.WS xəbər verir ki, sosial şəbəklərdə gedən müzakirələrdə qəzaya səbəb kimi "Mercedes Gelandewagen”in "Mazda” markalı avtomobillə ötüşməsi göstərilir və iddia edilir ki, ikinci avtomobilin sürücüsü fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov olub.

İddialar barədə danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BakuPost.az-a bildirib ki, "Mazda”nın sürücüsünün kimliyi istintaqa məlumdur və haqqında cinayət işi açılıb, istintaq gedir:

"Ağır yol nəqliyyat hadisəsinin bütün təfərrüatları araşdırılacaq və qanun çərçivəsində hüquqi qiymət veriləcək”.

E. Zahidov "Mazda”nın sürücüsünün K. Heydərovun qardaşı olması xəbərini təkzib edib:

"Bu yalan məlumatdır, şayiədir. Həmin avtomobil Səməd Heydərova məxsus deyil”.