SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Sabunçu rayonunda təcili tibbi yardım avtomobili yanıb. 

BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib.

Yanğın başlayan zaman avtomobilin içində xəstə və həkimlər olublar. Onlar vaxtında avtomobili tərk edə biliblər və heç bir xəsarət almayıblar.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Yanan avtomobilin 12 saylı yarımstansiyaya məxsus olduğu bildirilir.
 
BAKU.WS