Cəbhədə Ermənistan Silahlı Qüvvələrinin daha bir təxribatının qarşısı alınıb. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.  


Məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.

BAKU.WS