27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb
27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lənkəran şəhər sakini 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək üçün Serbiya Respublikasına gedib.
Bir neçə gün bundan əvvəl o, yüksək mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib və 4 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər və o, aldığı xəsarətlərdən ölüb.
Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Həsən idmanın ağır atletika növü ilə məşğul idi.
Oxşar xəbərlər
Gənc oğlanın meyiti evin həyətində aşkarlandı
Biləsuvar rayonunda kişi meyiti tapılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, səhər saatlarında kən...