Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirilməyə başlayıb.

Qeyd olunan təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlının bərpası işlərində çalışan insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün Bakcell burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.

"Bizim məqsədimiz Azərbaycanın hər bir bölgəsində yaşayan Bakcell abunəçilərini keyfiyyətli və sərfəli mobil rabitə xidməti ilə təmin etməkdir. Cəbhə bölgələrində yaşayan əhalinin keyfiyyətli mobil rabitəyə olan xüsusi tələbatını nəzərə alaraq Bakcell bu ərazilərdə şəbəkənin keyfiyyətini daim xüsusi nəzarətdə saxlayır. Bununla yanaşı şirkət Cocuq Mərcanlıya köçürüləcək əhaliyə yüksək keyfiyyətli mobil rabitə xidmətlərini xüsusi güzəştli şərtlərlə təqdim etməyi planlaşdırır”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib. 

Qeyd edək ki, hazırda Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. 

***
Bakcell haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
 
BAKU.WS