Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 500 kv.m olan taxta satışı bazarının ərazisində 200 kv.m sahəyə yığılmış 80 kub.m taxta materialları yanıb.

BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 
BAKU.WS