SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda dövlət qeydiyyatına alınmamış dini təriqət üzvlərinin toplaşdığı ünvanda əməliyyat keçirilib.
 
BAKU.WS-nin APA TV-yə istinadən verdiyi xəbrdə bildirilir ki, Ceyhun Hacıbəyli 11 ünvanında keçirilən əməliyyat zamanı məlum olub ki, yeniyetmələr bura toplaşaraq ibadətlə məşğul olurlar.
 
Axtarış zamanı həmin ünvana toplaşan təxminən 20-25 nəfər şəxs saxlanılaraq qeydiyyata açılıb. Hadisə şahidlərinin sözlərinə görə, axtarış aparılan ünvanda kurs yerləşir. Ətrafda yaşayanlar bu evdə dini dərslər tədris olunduğunu desələr də, gənclərin  hansı təriqətə qulluq  etdiyindən xəbərsizdirlər.
 
Əməliyyat keçirilən ünvanda əsasən 13-17 yaşlı gənclərə dini dərslər, ərəb dili tədris olunub.
 
APA TV-yə danışan yeniyetmə bildirib ki , artıq 2-3 ildir ki, hər gün bura gələrək ərəb dili və namaz qılmağın yollarını öyrənir:
 
"Əsasən dərslər keçirir. Yaşca bizdən böyük müəllimlərimiz bizə dinin dərinliklərini tədris edirlər. Hər cümə günü yığışıb birlikdə namaz qılırıq. Burada kursu müvəffəqiyyətlə başa vuranlar Türkiyəyə gedir və orada "hoca” olur".
 
Yeniyetmə bildirib ki, əvvəllər Lökbatanda yaşayanda bu yerə bənzər məkanda dini tədris alıb. Hazırda isə bu ünvana gəlir.
 
Əməliyyatçılar bildirdilər ki, buraya toplaşanların qanunsuz dini fəaliyyətlə məşğul olması səbəbindən əməliyyat keçirilib 

Arzu Mirzəyeva
BAKU.WS