SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda dövlət yol polisi əməkdaşları ilə sürücü arasında qalmaqal yaranıb.
 
BAKU.WS xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib. Polis sərxoş olduğu ehtimal edilən sürücünü avtomobildən endirməyə çalışır. Lakin sürücü ağlayaraq polisin ona müqavimət göstərdiyini və çox qorduğunu bildirir. Maşının qapı və pəncərələrini bağlayan sürücü polisin bütün cəhdlərinə baxmayaraq avtomobildən enmək istəmir.
 
Video sosial şəbəkədə böyük müzakirələrə səbəb olub. Əksəriyyət kadrlarda sürücünün danışıq tərzindən və davranışlarından sərxoş olduğu qənaətinə gəlib.
 
Sözgedən kadrları sizə təqdim edirik:
 
Aynur Ələkbərova
BAKU.WS