Bü gün jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən jurnalistin səhhəti ötən gecə qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) yerləşdirilib. Onda kəskin daxili qanaxma başladığı, həkimlərin qanaxmanı saxlaya bilmədikləri bildirilirdi.

39 yaşlı Z.Müqabiloğlu serrozdan əziyyət çəkirdi.
 
Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" jurnalında çalışıb.

Ailəli idi, bir oğlu var.

Allah rəhmət eləsin!
 
BAKU.WS